11 
Yan
2022
09:30
351

Dünyada pandemiya ilə bağlı vəziyyət ağırlaşır

Dünyada təsdiqlənmiş koronavirusa yoluxma hallarının sayı 305 milyonu, ölənlərin sayı isə 5,48 milyonu ötüb.

InterPress.ge xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Məlumata görə, ÜST COVID-19-a ümumilikdə 305 914 601 yoluxma və 5 486 304 ölüm barədə məlumat alıb. Gün ərzində yoluxanların sayı 1 736 233 nəfər, ölənlərin sayı 4 029 nəfər artıb.

Pandemiya dövrü ərzində antirekord 2022-ci il yanvarın 6-da qeydə alınıb. Həmin gün dünyada koronavirusa 2 741 367 yoluxma halı aşkarlanıb.

Qeyd edək ki, ÜST-ün statistikası yalnız dövlətlər tərəfindən verilən yoluxmalar və ölümlər haqqında rəsmi təsdiqlənmiş məlumatlardan ibarətdir.

ÜST-ə bildirilən təsdiqlənmiş yoluxma hallarının əksəriyyəti ABŞ-da qeydə alınıb - 59 138 083. Siyahıda sonra Hindistan (35 707 727), Braziliya (22 499 525), Böyük Britaniya (14 475 196) və Fransa (11 823 789) qərarlaşıb.

Dünyada koronavirusdan ən çox ölüm də ABŞ-dadır - 830 334. Siyahıda ikinci sırada Braziliya (619 937), üçüncü yerdə Hindistan (483 936) qərarlaşıb. Ondan sonra Rusiya (316 904) və Meksika (300 303) gəlir.

Koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Bizimlə əlaqə saxlayın