Xorvatiyanın baş naziri ukraynalılardan üzr istədi
Xorvatiyanın baş naziri Andrey Plenkoviç, ölkənin prezidenti Zoran Milanoviçin Ukrayna ilə bağlı verdiyi açıqlamaya görə üzr istəyib.
lnterPress.ge xəbər verir ki, Andrey Plenkoviç bu barədə Twitter-də yazıb.
“Nəzərə alsaq ki, bizim Ukraynada qoşunlarımız yoxdur, Polşadakı kontingentimiz artıq öz vətənlərinə qayıdıb, prezidentin hansı qoşunları çıxaracağını bilmirəm. Onun Ukraynadakı korrupsiya ilə bağlı bəyanatı bizim mövqeyimiz deyil və mən hökumət adından ukraynalılardan üzr istəyirəm”, - deyə o yazıb.
Xatırladaq ki, Xorvatiya prezidenti Zoran Milanoviç Ukraynanın korrupsiyalaşmış ölkələrdən biri olduğunu və onun NATO-da yerinin olmadığını bildirib. Onun sözlərinə görə, Rusiya ilə vəziyyət gərginləşəcəyi təqdirdə Zaqreb qoşunlarını bölgədən çıxaracaq. Bu açıqlamaya görə Xorvatiya səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırılıb.


