28 
Yan
2022
09:11
245

BMT baş katibi Ukrayna ilə əlaqədar bir sıra daimi nümayəndələrlə əlaqə saxlayır

BMT-nin baş katibi Antoniu Quterreş Ukraynadakı vəziyyətlə əlaqədar bu ölkənın daimi nümayəndəsi ilə daimi əlaqə saxladığını bildirib.

InterPress.ge-nin məlumatına görə, bu barədə baş katibin rəsmi nümayəndəsi Stefan Düjarrik xəbər verib.

“Baş katib hərbi münaqişənin olacağına inanmır. O və komandası bu məsələ ilə bağlı müvafiq ölkələrin daimi nümayəndələri ilə əlaqə saxlayır”, - Quterreş deyib.

Düjarrik qeyd edib ki, BMT-nin baş katibi Ukrayna ətrafındakı vəziyyəti diqqətlə izləyir.

Onun sözlərinə görə, təmaslar zamanı Quterreş diplomatik səyləri aktivləşdirməyə çağırır. “Diplomatiyanın razılaşdırılmış kanalları, çərçivələri, metodları var ki, onlardan istifadə davam etdirilməlidir”, - baş katibin nümayəndəsi bildirib.

Quterreş Ukraynada gərginliyin azaldılması üçün hər cür səy göstərəcəyini bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər