Avropanın bəzi ölkələri kovid məhdudiyyətlərin yüngülləşdirməyə qərar verdi
Koronavirusa yoluxma hallarının artmasına baxmayaraq, bəzi Avropa ölkələri Covid qaydalarını yüngülləşdirir.
InterPress.ge xəbər verir ki, bu barədə Euronews məlumat yayıb.
Finlandiya rəsmilərinin bildirdiyinə görə, ölkədəki çətin epidemik vəziyyətə baxmayaraq, gələn aydan restoranlar saat 21:00-a qədər açıq olacaq. Bununla belə, onlar 75% yüklə işləyə biləcəklər.
Gələn aydan etibarən Hollandiyadakı məhdudiyyətlərin əksəriyyəti qaldırılacaq və ölkədə barlar, restoranlar, muzeylər, teatrlar və digər müəssisələr açılacaq.
Bir neçə gün əvvəl Danimarka hökuməti mövcud Covid qaydalarını tamamilə ləğv etmək təşəbbüsü ilə çıxış etdi. Danimarka parlamentinin razılığı ilə ölkədə qalan bütün qaydalar ləğv ediləcək, buna əsasən, maskadan istifadə etmək artıq məcburi olmayacaq.
Restoran və yemək məntəqələri üçün saatlıq məhdudiyyət də qaldırılacaq, gecə klubları açılacaq.


