11 
Fev
2022
14:51
637

Laşa Parulava: "İrakli Ğaribaşviliyə söz veririk ki, o, bu korrupsiyaya görə yüksək siyasi bədəl ödəməli olacaq"

''Biz bir daha əmin olduq ki, ölkədə müstəqil və qərəzsiz istintaq mexanizmi yoxdur və bütün müstəqil qollar hakimiyyət tərəfindən ələ keçirilib. Biz İrakli Ğaribaşviliyə söz veririk ki, gec-tez o, bu korrupsiyaya görə yüksək siyasi bədəl ödəməli olacaq''.

lnterpress.ge xəbər verir ki,  bu barədə Korrupsiyaya Qarşı Mübarizə Hərəkatının icraçı direktoru Laşa Parulava brifinqdə məlumat verib.

Onun sözlərinə görə, baş nazir İrakli Ğaribaşvilinin Bakurianidə meşə sahəsini 49 il müddətinə icarəyə götürməsi istənilən məmur və dövlət qulluqçusunun korrupsiyaya qarışmasına qapı açacaq.

Laşa Parulavanın sözlərinə görə, onların müraciətinə baxmayaraq, Dövlət Təhlükəsizliyi üzrə Korrupsiyaya Qarşı Mübarizə İdarəsi məsələ ilə bağlı araşdırma aparmayıb.

“Ölkədə yeganə istintaq vasitəsi Dövlət Təhlükəsizliyi Xidmətinin Korrupsiyaya Qarşı Mübarizə İdarəsidir ki, dövlət qurumlarında maraqların uyumsuzluğuna və korrupsiyaya qarşı mübarizə aparmalıdır. Bunun üçün vergi ödəyiciləri Dövlət Təhlükəsizliyi Xidmətinə hər il 120 milyondan çox vəsait ayırırlar. Daxil olan yazışmalara görə, qeyd edə bilərik ki, Korrupsiyaya Qarşı Mübarizə Agentliyi siyasi korrupsiyaya rəvac verən, yüksək vəzifəli məmurlara qarşı cinayət işi açmağa belə cəsarət etməyən qurumdur. Bakurianidə baş nazir İrakli Ğaribaşvilinin 49 illik meşə icarəsi istənilən vəzifəli şəxsə  və dövlət məmurunu korrupsiyaya  qoşulmağa, dövlət və büdcə vəsaitlərini mənimsəməyə sövq edəcək və bu ölkənin melitokratik ideologiyasını tamamilə məhv edəcək”, - deyə Laşa Parulava  bildirib.

Bizimlə əlaqə saxlayın