22 
Fev
2022
12:04
295

Ukraynalı diplomat Rusiyanı qoşunlarını bölgədən çıxarmağa və Ukraynanın iki regionunun tanınmasını  ləğv etməyə çağırdı

''Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri Rusiya Federasiyasının hər hansı hərəkət və bəyanatlarına baxmayaraq, dəyişməz olub və qalacaq''.

lnterPress.ge xəbər verir ki, bu barədə Ukraynanın BMT-dəki səfiri Sergey Kislitsa BMT iclasında bildirib.

“Ukraynanın beynəlxalq səviyyədə tanınan sərhədləri Rusiya Federasiyasının hər hansı hərəkətinə və bəyanatına baxmayaraq, dəyişməz olub və qalacaq. Qərarın nəticələrinə görə tam məsuliyyəti Rusiya Federasiyasının siyasi rəhbərliyi daşıyır. Ukraynanın Donetsk və Luqansk vilayətlərinin işğal olunmuş hissələrinin tanınması Rusiyanın Minsk razılaşmasından birtərəfli qaydada çıxması sayıla bilər”, - deyə ukraynalı diplomat bildirib.

O, Rusiyanı qoşunlarını bölgədən çıxarmağa və Ukraynanın iki regionunun tanınmasını  ləğv etməyə çağırıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər