23 
Fev
2022
06:04
218

BMT Baş katibi: “Ukrayna hadisələri, atəşkəsin pozulması məni dərindən narahat edir”

“Ukrayna ilə bağlı son hadisələr, o cümlədən atəşkəs rejiminin pozulması ilə bağlı xəbərlər məni dərindən narahat edir. Rusiya Federasiyasının Donetsk və Luqansk vilayətlərinin bəzi ərazilərinin qondarma müstəqilliyini tanıması Ukraynanın ərazi bütövlüyünün və suverenliyinin pozulmasıdır. Belə bir münaqişə BMT nizamnaməsi prinsiplərinə birbaşa ziddir”.

InterPress.ge xəbər verir ki, bunları BMT-nin Baş katibi Antoniu Quterreş jurnalistlərə açıqlamasında deyib.

Baş katib bildirib ki, BMT Ukrayna xalqını dəstəkləməyə davam edir. A.Quterreş tərəfləri bu kritik anda dərhal atəşkəsə əməl etməyə və qanunun aliliyinin bərpasına çağırıb: “Bu təhlükəli vəziyyətdən çıxmaq üçün mən dialoq və danışıqlar yoluna qayıtmağın vaxtı olduğunu düşünürəm. Sülh naminə birləşib bu çağırışa birlikdə cavab verməliyik. Ukrayna xalqını təhlükədən xilas etməliyik.

Müharibə bəlasından qurtarmaq və böhranı daha çox qan tökülmədən həll etmək üçün mən bütün səylərimə sadiqəm. Mən bir neçə dəfə dediklərimi təkrar edirəm - biz sülh yolu ilə məsələnin həlli yolunda axtarışlarımızdan əl çəkməyəcəyik”.

Xatırladaq ki, 2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində Ukraynanın Donbas ərazisində yaradılan iki qondarma respublikanı tanıdığını bildirib. O, bununla bağlı fərman imzalayıb.

Qərb ölkələri, o cümlədən Türkiyə və Gürcüstan Rusiyanın bu addımını pisləyib və bunun beynəlxalq hüquqa zidd olduğunu açıqlayıblar.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər