Fransanın xarici işlər naziri Sergey Lavrovla görüşü ləğv edib
Fransanın xarici işlər naziri Jan-İv Le Drian rusiyalı həmkarı Sergey Lavrovla görüşü ləğv edib.
InterPress.ge xəbər verir ki, bu barədə o özü jurnalistlərə bildirib.
"Görüş cümə gününə planlaşdırılmışdı. Amma daha yox", - fransalı nazir deyib.
Onun sözlərinə görə, Lavrovla danışıqlar yalnız Ukraynaya hücum olunmayacağı halda müzakirə edilib.
Görüş fevralın 25-də Parisdə baş tutmalı idi.
Xatırladaq ki, 2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində Ukraynanın Donbas ərazisində yaradılan iki qondarma respublikanı tanıdığını bildirib. O, bununla bağlı fərman imzalayıb.
Qərb ölkələri, o cümlədən Türkiyə və Gürcüstan Rusiyanın bu addımını pisləyib və bunun beynəlxalq hüquqa zidd olduğunu açıqlayıblar.


