24 
Fev
2022
09:33
266

Ukrayna XİN: “Vladimir Putin indicə Ukraynanın genişmiqyaslı işğalına başlayıb"

“Ukrayna özünü müdafiə edəcək və qalib gələcək”.

InterPress.ge xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Dmitri Kuleba tviter hesabında yazıb.

“Vladimir Putin indicə Ukraynanın genişmiqyaslı işğalına başlayıb. Ukraynanın dinc şəhərləri işğala məruz qalır. Bu, işğalçı müharibədir. Dünya Putini dayandıra bilər və bunu etməlidir. İndi hərəkət etmək vaxtıdır", - nazir bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər