24 
Fev
2022
10:33
320

Luqanskda Rusiyanın bir neçə təyyarəsi və helikopteri vuruldu

Luqanskda 5 Rusiya təyyarəsi və bir helikopteri vurulub.

InterPres.ge xəbər verir ki, bu barədə Ukrayna Quru Qoşunlarının Teleqram səhifəsində qeyd edilib.

Bundan əlavə, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, Ukrayna Hərbi Hava Qüvvələri hava zərbələrini uğurla dəf edir.

“Bu gün səhər saat 5:00-da Rusiya Federasiyasının Hərbi Hava Qüvvələri şərqdə yerləşən bölmələrimizi, həmçinin Borispol, Ozerno, Kulbakino, Çuqeva, Kramatorsk, Çernobyevka hava limanlarında reaktiv yaylım atəşi sistemləri ilə intensiv bombardmana başlayıb. Onlar Ukraynanın hərbi obyektlərinə də hücum ediblər. Eyni zamanda, təcavüzkar Ukrayna ərazisinə və dövlət sərhədi boyunca yerləşən yaşayış məntəqələrinə artilleriya hücumu həyata keçirib”, – Ukrayna Silahlı Qüvvələrinin bəyanatında deyilir.

Onların sözlərinə görə, dövlət müdafiə qüvvələri tam hərbi hazırlıq vəziyyətindədir, onlar müdafiə mövqelərini tutublar və saxlayırlar və vəziyyət nəzarət altındadır.

Bundan əlavə, Baş Qərargah Rusiya desantının Odessaya gəlməsi ilə bağlı şayiələri təkzib edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər