Rusiyanın hücumu nəticəsində ölən və yaralanan ukraynalıların sayı açıqlanıb
Rusiyanın hücumu nəticəsində 57 nəfər ölüb, 169 nəfər yaralanıb.
InterPress.ge xəbər verir ki, bu barədə Ukrayna Səhiyyə Nazirliyi məlumat verir.
“Operativ məlumatlara görə, Rusiyanın hücumu nəticəsində 57 ukraynalı həlak olub, 169-u yaralanıb”, - məlumatda deyilir.
Ukrayna dövlət sərhədində Rusiyanın dəstəklədiyi Rusiya və Belarus qoşunları tərəfindən hücuma məruz qalıb. Rusiya zirehli texnikası Çerniqov, Sumı, Luqansk və Xarkov vilayətlərində Ukrayna sərhədini pozub. Bundan başqa, müvəqqəti olaraq işğal olunmuş Donetsk və Luqansk vilayətləri və Krım Muxtar Respublikasından da hücumlar həyata keçirilir.
Ukrayna prezidenti Vladimir Zelenski Ukraynanın bütün ərazisində müharibə vəziyyətinin tətbiq edildiyini bildirib. Fevralın 24-də səhər saatlarında Ali Rada Ukraynada hərbi vəziyyət elan edən prezidentin fərmanını təsdiqləyib.


