26 
Fev
2022
14:55
444

Ukrayna Qırmızı Xaç Komitəsinə müraciət etdi

Ukrayna Beynəlxalq Qızıl Xaç Komitəsini müharibədə həlak olan rus əsgərlərinin cəsədlərinin vətənlərinə qaytarılmasına kömək etməyə çağırır.

InterPress.ge xəbər verir ki, bunu brifinqdə Ukrayna baş nazirinin müavini, müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası naziri İrina Vereşuk deyib.

“Biz tələb edirik ki, Qırmızı Xaç Rusiya əsgərlərinin cəsədlərinin Rusiyaya təhvil verilməsində bizə kömək etsin. Söhbət minlərlə ölüdən gedir. Bu, humanitar tələbdir və sizdən ölən rus işğalçılarının Rusiyaya qaytarılmasına töhfə vermənizi xahiş edirik”, - o deyib.

O, həmçinin əlavə edib ki, Rusiya Federasiyası bu gün Ukrayna ərazisində nə qədər işğalçı cəsədi olduğunu bilməlidir.

"Mən Qırmızı Xaç Cəmiyyətinə müraciət edirəm ki, bu humanitar problemin həlli üçün mümkün olan hər şeyi etsin", - İrina Vereşuk bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər