27 
Fev
2022
20:10
818

Ukraynanın və Rusiyanın nümayəndə heyətlərinin görüşəcəyi yer məlum oldu

Ukrayna prezidenti Volodimir Zelenskinin sözlərinə görə, Ukrayna nümayəndə heyəti Ukrayna-Belarus sərhədində Rusiya nümayəndə heyəti ilə görüşəcək. 

InterPress.ge xəbər verir ki, Volodimir Zelenski bu barədə Facebook-da yazıb.

Ukrayna prezidenti Volodimir Zelenski öz Facebook səhifəsində Belarus prezidenti Aleksandr Lukaşenko ilə söhbəti haqda da yazıb.

“Biz razılaşdıq ki, Ukrayna nümayəndə heyəti Rusiya nümayəndə heyəti ilə heç bir ilkin şərt olmadan, Ukrayna-Belarus sərhədində, Pripyat çayı bölgəsində görüşəcək. Aleksandr Lukaşenko Ukrayna nümayəndə heyətinin gedişi, danışıqları və geri qayıtması zamanı Belarusda yerləşdirilən bütün təyyarələrin, helikopterlərin və raketlərin quruda qalmasını təmin etmək məsuliyyətini öz üzərinə götürüb”, - Zelenski yazıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər