Britaniyanın MN: "Ukraynanın müqaviməti Rusiyanı təəccübləndirib"
Rusiya tərəfindən əhalinin məskunlaşdığı ərazilərin bombalanması yerli əhalinin zəifləməsinə xidmət edir.
lnterPress.ge xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyindən məlumat verilib.
Müdafiə Nazirliyi gündəlik kəşfiyyat hesabatında bildirir ki, Ukraynanın müqaviməti rusları təəccübləndirib.
Nazirliyin məlumatına görə, buna cavab olaraq Rusiya Xarkov, Çerniqov və Mariupol kimi böyük şəhərləri alıb.
Məlumatda qeyd olunur ki, Rusiyanın şəhərləri bombalaması onların 2016-cı ildə Suriyadakı strategiyasına və 1999-cu ildə Çeçenistandakı hərbi kampaniyasına bənzəyir.
Hesabatda eyni zamanda Ukraynanın Rusiyanın təchizat xətlərinə hücum etdiyi və bunun da Rusiyanın irəliləyişini xeyli ləngitdiyi bildirilir.


