22 
Mar
2022
14:06
540

Zelenskini məhv etmək istəyən təxribatçı qrup yaxalandı

Ujqorodda Ukrayna hərbi əks-kəşfiyyatının əməkdaşları Rusiya Federasiyasının agenti “Efesbe”nin rəhbərlik etdiyi və Ukrayna prezidenti Vladimir Zelenskinin məhv edilməsini planlaşdıran 25 nəfərlik Rusiya təxribat-kəşfiyyat qrupunu yaxalayıblar.

lnterPress.ge xəbər verir ki, bu barədə məlumatı Ukraynanın “Uniani” xəbər agentliyi yayıb.

Medianın məlumatına görə, təxribatçı qrup Vladimir Zelenskinin qətlindən əlavə Kiyevdə və Ukraynanın digər regionlarında təxribat törətməyi planlaşdırırdı. 

“Bölmənin Kiyevə köçürülməsi və hökumətdə cinayət əməllərinin törədilməsi planlaşdırılırdı",- deyə məlumatda qeyd olunub.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər