22 
Mar
2022
15:47
307

İsrailin baş naziri Ukraynaya səfər edəcək

İsrailin baş naziri Naftali Bennett Kiyevin Rusiya ilə atəşkəs danışıqlarında əhəmiyyətli irəliləyiş əldə etməsi şərti ilə Ukraynaya səfər edəcək.

lnterPress.ge xəbər verir ki, bu barədə Ukraynanın "İnterfaks Ukrayna" xəbər agentliyindən məlumat verilib.

Yerli medianın məlumatına görə, Bennett artıq ölkənin təhlükəsizlik xidmətinə Kiyevə mümkün səfərinin hazırlığına başlamağı xahiş edib.

“Danışıqları irəli aparmaq üçün aydındır ki, üzbəüz görüşlər lazımdır və bu, gələcəkdə danışıqlar "dönüş nöqtəsinə çatarsa" baş verə bilər", - deyə adı açıqlanmayan İsrail rəsmisi bildirib.

“Bəzi yüksək rütbəli İsrail təhlükəsizlik rəsmiləri, xüsusən də bazar ertəsi bomba partlayışında ən azı səkkiz adamın həlak olmasından sonra, baş nazirin aktiv müharibə zonasına daxil olması risklərini şübhə altına aldılar",- feyə hesabatda bildirilib.

Nəşr öz mənbələrinə istinadən bildirir ki, son 10 gün ərzində prezident Zelenski və Ukrayna hökumətinin nümayəndələri Bennetin Kiyevə səfərini planlaşdırmağa davam ediblər, çünki bu səfərin Moskva ilə atəşkəs danışıqlarını sürətləndirməyə kömək edəcəyinə inanırlar.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər