23 
Mar
2022
16:36
496

Ukrayna Prezidenti Yaponiyaya təşəkkür etdi

Ukrayna prezidenti Volodimir Zelenski Yaponiyanı Rusiyaya qarşı sanksiyaları gücləndirməyə və onun məhsullarına embarqo qoymağa çağırıb. 

lnterPress.ge xəbər verir ki, bu barədə Volodimir Zelenski Yaponiya parlamentindəki çıxışında bildirib.

O, Rusiyanın təcavüzkar hərəkətlərini pislədiyi və sanksiyalar tətbiq etdiyi üçün Yaponiyaya təşəkkür edib.

“Məsuliyyətli dövlətlər sülhü qorumaq üçün birləşib. Mən bu tarixi məqamda tutduğu prinsipial mövqeyə və Ukraynaya göstərdiyi köməyə görə dövlətinizə minnətdaram. Siz Asiyada sülhü bərpa etmək, Rusiyaya qarşı sanksiyaları dəstəkləmək üçün faktiki olaraq Rusiyaya təzyiq göstərməyə başlayan ilk dövlətsiniz və mən sizi buna davam etməyə çağırıram”, -  deyə Zelenski bildirib.

Ukrayna prezidenti qeyd edib ki, Rusiya qüvvələri Çernobıl ətrafındakı işğal olunmuş ərazilərdə yeni hücum planlaşdırır.

Hazırda Ukraynada 15 nüvə bloku fəaliyyət göstərir və onların hamısı Rusiyanın təcavüzkar hərəkətləri səbəbindən təhlükə altındadır.

“Dünya bir çox yeni böhranların astanasındadır. Ətraf mühit  və qida istiqamətində yaranan problemlər misilsizdir", - deyə Zelenski bildirib.

Volodimir Zelenskinin Yaponiya parlamentindəki çıxışı ayaq üstə alqışlarla qarşılanıb.

Prezident Zelenskinin çıxışında Yaponiyanın Baş naziri, Xarici İşlər nazirləri və Müdafiə Nazirliyi iştirak edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər