28 
Mar
2022
15:52
1045

İrakli Kobaxidze: "Saakaşvili azad edilməməlidir"

"Dostumuz Ukrayna xalqının maraqlarını nəzərə alaraq Saakaşvili azad edilməməlidir və Ukraynaya getməməlidir. Onun xüsusən də 2008-ci ildə Gürcüstanda vəziyyəti necə gərginləşdirdiyini xatırlayırsınız.  O, Ukrayna xalqı üçün vəziyyəti daha da gərginləşdirə bilər".

InterPress.ge xəbər verir ki, bu barədə bu gün keçirilən brifinqdə “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze bildirib.

Kobaxidzenin qeyd etdiyinə görə, Saakaşvili cəzasını çəkməlidir və onun azadlığa buraxılması müzakirə edilməyəcək. 

“Əvvəla, Ukrayna xalqının mənafeyinə və bu insanların maraqlarına uyğun olaraq, təbii ki, onun azadlığa buraxılması məqsədəuyğun deyil.  Ancaq açıq desək, təbii ki, o, hər halda cəzasını çəkməlidir və bu məsələ təbii ki, heç bir şəkildə müzakirə edilməyəcək. O, ölkəyə ziyan vurmağı dayandırmalıdır - öz ölkəsi Gürcüstana, Ukraynaya isə öz vətəndaşlığı baxımından zərər vurmaqdan əl çəkməlidir.  O, həbsdə nə qədər çox qalsa, Gürcüstana və Ukraynaya bir o qədər az zərər verəcək– bu, hər iki ölkə üçün daha yaxşıdır”, - İrakli Kobaxidze bildirib.

Bizimlə əlaqə saxlayın