28 
Mar
2022
16:45
1196

Mixeil Saakaşvili: "Özümüzü aldatmayaq, bu hakimiyyəti dəyişməsək..."

"Özümüzü aldatmayaq, bu hakimiyyəti dəyişməsək, bu nəsil Ukrayna tarixində həmişəlik biabırçılıq olaraq qalacaq".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili Tbilisi Şəhər Məhkəməsində keçirilən məhkəmə prosesində bildirib.

Onun dediyinə görə, Gürcüstanın xilas olmasının yolu səfərbər olması, oyanması, bir yerdə olmasındadır.

Mixeil Saakaşvili bunları bəyan etdikdən sonra prosesi tərk edib.

“Əgər bu hökuməti aradan qaldırmasaq, xalqı səfərbər edə bilməsək, hamımız küçələrə çıxmasaq, Gürcüstandakı vəziyyəti sülh yolu ilə dəyişməsək, onları hakimiyyətdən uzaqlaşdıra bilməsək Gürcüstan öldü deməkdir. Gürcüstanın yeganə xilas yolu səfərbərlikdə, Gürcüstanın oyanmasında, bir yerdə dayanmasında, əl-ələ tutmasındadır.  Parlamentarizm oyununa son qoyaq - bu hökuməti məcbur edəcəyik, bu hökumətə bunu etdirəcəyik.

Polisdən qorxmayın. Bir-iki dəfə rezin güllə atacaqlar, biz o rezin gülləni dayandıracağıq.  Camaat, qorxmayın, partiyaların bununla heç bir əlaqəsi yoxdur, Saakaşvilinin bununla heç bir əlaqəsi yoxdur.  Bütün bunları unudun. Onların rezin güllələrinə, rus üsullarına baxmayaraq, biz çox olacağıq, hər yerdə olacağıq, geri çəkilməyəcəyik.  Biz onları mütləq hakimiyyətdən uzaqlaşdıracağıq", - Mixeil Saakaşvili bildirib.

Bizimlə əlaqə saxlayın