İrakli Kobaxidze: “Saakaşvilinin azad edilməsi Ukrayna və Gürcüstan üçün əlavə başağrısı deməkdir”
"Biz Gürcüstan və Ukraynanın qayğısına qalırıq. Məhz bu iki ölkədən ehtiyatlı olduğumuz üçün, hesab edirəm ki, bu, Saakaşvilinin həbsdə olmasının nə üçün münasib olduğuna dair əlavə arqumentdir".
InterPress.ge xəbər verir ki, bu barədə parlament çoxluğunun lideri İrakli Kobaxidze bildirib.
Onun sözlərinə görə, Saakaşvilinin həbsdən kənarda olmasının heç bir siyasi məqsədəuyğunluğu yoxdur. Kobaxidzenin dediyinə görə, “Saakaşvilinin azad edilməsi Ukrayna və Gürcüstan üçün əlavə başağrısı deməkdir”.
“O, həbsxanadan kənarda həm Gürcüstana, həm də Ukraynaya zərər verə bilər. Nəticə etibarı ilə Saakaşvilinin həbsdən kənarda olmasının heç bir siyasi məqsədəuyğunluğu yoxdur. Biz Ukraynanın qayğısına qalmalıyıq, dost ölkəmiz onsuz da çətin vəziyyətdədir və vəziyyəti gərginləşdirməmək üçün Saakaşvilinin həbsdə olması daha yaxşıdır. Saakaşvilinin azad edilməsi Ukrayna və Gürcüstan üçün əlavə başağrısı deməkdir”, - İrakli Kobaxidze bildirib.


