01 
Apr
2022
15:52
509

Mamuka Mdinaradze: "Ukraynada Rusiya tərəfindən açıq təcavüz və müharibə gedirsə, Gürcüstanda da hibrid müharibə gedir"

"Ukraynada Rusiya tərəfindən açıq təcavüz və müharibə, hərbçilərin və mülki əhalinin öldürülməsi baş verirsə, Gürcüstanda eyni zamanda, təəssüf ki, hibrid müharibə gedir. Mən hamınızdan, o cümlədən müxalifətdən, “Milli Hərəkat”a bağlı olan televiziyalardan xahiş edirəm ki, bu hibrid müharibənin əsgəri olmayasınız”.

InterPress.ge xəbər verir ki, bu barədə “Gürcü Arzusu” fraksiyasının sədri Mamuka Mdinaradze işğal altındakı Çxinvali vilayətinin faktiki prezidenti Anatoli Bibilovun bəyənatına dair sualı cavablandırarkən deyib.

Onun sözlərinə görə, Anatoli Bibilovun bəyanatı "işğalçı ölkənin hökuməti"ndə belə nəzərə alınmır və bu, onun qeyri-legitim seçki məqsədlərinə xidmət edir.

Mdinaradzenin sözlərinə görə, Gürcüstan işğal olunan əraziləri sülh yolu ilə qaytaracaq və hakim komanda Gürcüstanda müharibənin qarşısını almaq üçün əlindən gələni edir.

“Gürcüstan uzunmüddətli sülh siyasəti yürüdür və bu, nəticədə işğalın aradan qaldırılması üçün mənbə və əsas olacaq.  Biz buna dərindən əminik və ona görə də addımları məqsədyönlü şəkildə atırıq, ancaq buna qarşı tərəfdən gələn hibrid müharibə qarşı çıxır.

Bu gün Gürcüstanda hibrid müharibə, soyuq müharibə gedir. Ukraynada Rusiya tərəfindən açıq təcavüz və müharibə, hərbçilərin və mülki əhalinin öldürülməsi baş verirsə, Gürcüstanda eyni zamanda, təəssüf ki, hibrid müharibə gedir. Bunun iştirakçılari öz istəkləri ilə və ya  istəkləri olmadan burada iştirak edənlər, bəzən ölkə daxilində olan insanlar, müxalifət, onların televiziyalarının nümayəndələri, işğalçı ölkənin ölkədən kənardakı nümayəndələri, o cümlədən Cənubi Osetiya liderləridir. Odur ki, biz sülhpərvər siyasət çərçivəsində, inkişaf və sülhlə işğaldan azad olmağa davam etməyi bacarmalıyıq. Yeganə mənbə və əsas budur, biz bacı-qardaşlarımızı, ərazilərimizi belə qaytarmalıyıq.

Mən hamınızdan, o cümlədən müxalifətdən, “Milli Hərəkat”ın televiziyalarından xahiş edirəm ki, bu hibrid savaşın əsgəri olmayasınız.  Heç kim bu müharibənin əsgəri olmamalıdır. Siz bunu bacarmalısınız və bu, Gürcüstan üçün görülən işdir”, Mdinaradze bildirib.

Bizimlə əlaqə saxlayın