04 
Apr
2022
22:19
1878

Avropa Parlamentinin deputatı Gürcüstanı seçim qarşısında qoydu: "Aİ, Ukrayna, yoxsa gizli şəkildə Putin rejimi?"

 “Bizə Gürcüstan hakimiyyətinin kimin yanında olduqları barədə çox aydın bəyanat lazımdır: Aİ, Ukrayna, yoxsa gizli şəkildə Putin rejimi?”.

InterPress.ge xəbər verir ki, bu barədə 
Ukrayna Müdafiə Nazirliyinin kəşfiyyatının yaydığı hesabata cavab verən Avropa Parlamentinin deputatı Maykl Qaller öz Twitter hesabında yazıb.

“Hələ də ümid edirəm ki, onlar bizim yanımızda olacaqlar. Ümid edirəm ki, sanksiyalardan yayınma ittihamı yanlışdır”, o əlavə edib.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, Rusiya hökumətin razılığı ilə Gürcüstan ərazisindən keçəcək sanksiyalar altında olan hərbi və digər məhsulların qaçaqmalçılığı üçün kanallar yaradır.

“Beynəlxalq sanksiyaların tətbiqi ilə əlaqədar Rusiya Federasiyası geniş çeşiddə hərbi, ikili təyinatlı və mülki malların tədarük imkanını itirib. Rusiya agentləri sanksiyalardan yan keçərək, Gürcüstandan keçən qaçaqmalçılıq kanalları yaradırlar. Eyni zamanda, Gürcüstan xüsusi xidmət orqanlarının nümayəndələrinə siyasi rəhbərlik tərəfindən qaçaqmalçıların fəaliyyətinə qarışmamaq tapşırılıb”, - deyə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi bildirib.

Kəşfiyyat xidmətinin məlumatına görə, Rusiya Federasiyasına hərbi tədarükün digər mənbəyinin Şərqi Asiya kanalı olduğu məlumdur.

Ukrayna kəşfiyyatı onu da bildirir ki, hazırda Rusiya Federasiyası ilə Gürcüstan arasında hava nəqliyyatının  bərpası imkanları nəzərdən keçirilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər