16 
May
2022
12:02
327

Yens Stoltenberq: "Rusiyanın Ukraynadakı müharibəsi Moskvanın planı ilə getmədi və..."

"Rusiyanın Ukraynadakı müharibəsi Moskvanın planı ilə getmədi və Rusiya strateji məqsədlərinə nail ola bilmir". InterPress.ge xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib. Stoltenberqin sözlərinə görə, prezident Putin məğlub olmuş Ukrayna, NATO-nun dağılmasını, Avropa və Şimali Amerikanın parçalanmasını istəyirdi, lakin Ukrayna dayanır, NATO həmişəkindən daha güclüdür, Avropa və Şimali Amerika möhkəm birləşib. “Müttəfiqlər Ukraynaya güclü dəstək, NATO-nun daha da mühafizəsi və müdafiəsi, müharibənin uzunmüddətli nəticələri, o cümlədən Rusiyaya qarşı gələcək münasibətimizdən danışdılar. Rusiyanın Ukraynadakı müharibəsi Moskvanın planı ilə getmədi. Onlar Kiyevi ala bilmədilər, Xarkovdan geri çəkilirlər və Donbasa əsas hücumun qarşısını alındı. Rusiya strateji məqsədlərinə nail ola bilmir. Prezident Putin Ukraynanın uduzmağını, NATO-nun dağılmasını, həmçinin Avropa və Şimali Amerikanın bölünməsini istəyirdi. Ancaq Ukrayna durur, NATO həmişəkindən daha güclüdür, Avropa və Şimali Amerika möhkəm birləşib. Ukrayna bu müharibədə qalib gələ bilər. Ukraynalılar öz torpaqlarını mərdliklə müdafiə edirlər. NATO Ukraynanın təhlükəsizliyinə milyardlarla dollar yardım edir ", -Yens Stoltenberq Almaniyanın xarici işlər naziri Analena Berbok ilə onlayn mətbuat konfransında bildirib.

 

 

Bizimlə əlaqə saxlayın