31 
May
2022
12:36
380

NATO Parlament Assambleyası Ukraynaya dəstək bəyannaməsini təsdiqlədi

NATO Parlament Assambleyası Ukraynanın demokratiyasına, müstəqilliyinə və ərazi bütövlüyünə sarsılmaz dəstəyini ifadə edib və müttəfiq ölkələri Kiyevə hərbi təchizatı əhəmiyyətli dərəcədə artırmağa və Rusiyaya qarşı sanksiyaları genişləndirməyə çağırıb.

InterPress.ge xəbər verir ki, NATO ölkələrinin 200-dən çox millət vəkili" Standing with Ukraine"  bəyannaməsini yekdilliklə təsdiqləyib.

“Rusiya Ukraynanın demokratiyasını məhv etməyə, digər suveren və demokratik xalqları qorxutmağa, NATO-nun və bütün demokratik, sivil və sülhsevər dünyanın fundamental dəyərlərinə zərbə vurmağa çalışır”, - deyə bəyanatda bildirilib.

Sənəddə NATO ölkələri Rusiya qoşunlarını Ukraynanın hər yerindən çıxarana qədər enerji idxalını mərhələli şəkildə dayandırmaq da daxil olmaqla sanksiyaları sərtləşdirməyə çağırılıb.

“Müttəfiqlər məlumat mübadiləsi səviyyəsini və hərbi texnikanın, xüsusilə Ukraynanın özünü Rusiyanın təcavüzündən qorumaq üçün təcili olaraq ehtiyac duyduğu zenit, artilleriya, sursat, raket əleyhinə və gəmi əleyhinə sistemlərin tədarük səviyyəsini əhəmiyyətli dərəcədə artırmalıdır”, - sənəddə deyilir.

Polşalı deputat Mixal Şerbanın təqdim etdiyi bəyannamədə müttəfiq ölkələr Ukraynaya humanitar və maliyyə yardımını artırmağa çağırılır; Rusiya və Belarus liderlərinin beynəlxalq hüquq qarşısında cavab verməsinin dəstəklənməsi və Ukraynanın NATO-ya inteqrasiyasını dəstəkləmək üçün gələcək addımlar atılması barədə razılığa gəlinməsi qeyd olunub.

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər