03 
Iyn
2022
15:16
416

"Rusiya Ukraynadakı hərbi əməliyyatlarını bütün məqsədlərinə çatana qədər davam etdirəcək" - Dmitri Peskov

"Rusiya Ukraynadakı hərbi əməliyyatlarını bütün məqsədlərinə çatana qədər davam etdirəcək".

InterPress.ge xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə bildirib.

“Əməliyyatın əsas məqsədlərindən biri Donetsk və Luqansk əhalisini qorumaqdır. Onların mühafizəsini təmin etmək üçün tədbirlər görülüb və müəyyən nəticələr əldə edilib”, - Peskov bildirib.

Kremlin sözçüsü Rusiya prezidenti Vladimir Putinin Afrika İttifaqının sədri, Seneqal prezidenti Maki Salli ilə görüşünü də şərh edib.

Peskovun sözlərinə görə, liderlər artan ərzaq böhranı və gübrə çatışmazlığı ilə əlaqəli Afrika qitəsinin vəziyyətini müzakirə edəcəklər.

Peskov əlavə edib ki, Putin Seneqal prezidentinə Ukrayna taxılı ilə bağlı əslində nə baş verdiyini tam izah edəcək.

Kremlin verdiyi məlumata görə, Rusiya xarici işlər naziri Sergey Lavrovun gələn həftə Türkiyəyə planlaşdırılan səfəri zamanı Ukrayna taxılı məsələsi də gündəmdə olacaq.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər