06 
Iyn
2022
10:20
288

Cozef Borrel: Taxıl qıtlığına görə Rusiya məsuliyyət daşıyır

Prezident Putin Ukraynaya qarşı müharibəyə son qoymalı, Ukraynanın ərazi bütövlüyü bərpa edilməlidir.  Bu, bütün beynəlxalq ictimaiyyətin maraqlarına cavab verir.

InterPress.ge xəbər verir ki, bu barədə Aİ-nin ali nümayəndəsi Cozef Borrell öz Twitter səhifəsində yazıb.

Borrelin sözlərinə görə, dünyada yaranan taxıl qıtlığına görə məsuliyyəti Rusiya daşıyır.

"Təcavüz müharibələri qəbuledilməzdir. Aİ-nin sanksiyaları Rusiyanın müharibəni davam etdirmək imkanını hədəfləyir. Rusiyanın Ukrayna limanlarını mütəmadi olaraq bloklaması hazırda dünyanın aparıcı ölkələrindən biri olan Ukraynada ilişib qalmış qarğıdalı və buğda kimi tonlarla taxılın ixracına mane olur. Rusiya beynəlxalq ticarətdə taxıl qıtlığına görə bilavasitə məsuliyyət daşıyır və bu təcavüzü dayandırmaq əvəzinə, beynəlxalq sanksiyalara görə məsuliyyəti aktiv şəkildə ötürməyə çalışır. Bu dezinformasiyadır. Avropa İttifaqı müharibənin nəticələrinin həllində dünya ölkələri ilə tam həmrəylik nümayiş etdirməyə davam edəcək. Prezident Putin Ukraynaya qarşı müharibəyə son qoymalı, Ukraynanın ərazi bütövlüyü bərpa edilməlidir.  Bu, bütün beynəlxalq ictimaiyyətin maraqlarına cavab verir. Biz Ukraynanın yanındayıq", - Borrell yazıb.

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər