08 
Iyn
2022
11:38
321

Zelenski: "Sanksiyalar Rusiyanın Ukraynaya qarşı müharibədə indiki kursuna o qədər də təsir etməyib"

"Sanksiyalar Rusiyanın Ukraynaya qarşı müharibədə indiki kursuna o qədər də təsir etməyib".

InterPress.ge xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski bildirib.

O deyib ki, atəşkəs danışıqları Kiyevin arxasınca aparılmamalıdır.

Zelenskinin sözlərinə görə, Ukrayna hökumətinin mövqeyi nəzərə alınmalıdır.

Eyni zamanda Ukrayna prezidenti müəyyən Qərb liderini pərdə arxasında danışıqlar aparmasını tənqid edib.

“Bizə Qərbin daimi marağı, Ukraynanın suverenliyinə Qərbin dəstəyi lazımdır.  Ukraynanın arxasında heç bir danışıqlar ola bilməz.  Ukraynanın mövqeyini dinləmədən Ukraynada atəşkəs necə əldə edilə bilər?”, - Zelenski bildirib.

Onun sözlərinə görə, Qərb tərəfdaşları Rusiyanı danışıqlar masasına oturtmaq üçün daha çox şey edə bilərlər.  Zelenskinin qeyd etdiyinə görə, onlar Ukraynanı ehtiyac duyduğu silahlarla təmin edə və Rusiyaya tam neft və qaz embarqosu da daxil olmaqla sərt iqtisadi sanksiyalar tətbiq edə bilərlər.

“Onlar Ukraynanı dəstəkləyirlər, eyni zamanda, bizneslərin zərər görməməsi üçün sanksiyaların yumşaldılması üçün nələr edilə biləcəyini araşdırırlar", - Ukrayna Prezidenti bəyan edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər