24 
Iyl
2022
17:28
694

Ukraynanın Xarici İslər naziri dünyaya müraciət etdi

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba dünyanı Rusiyanın Ukraynadakı hərəkətlərini soyqırım kimi tanımağa çağırıb.

InterPress.ge xəbər verir ki, Kuleba bu fikri Almaniyanın "Der Spiegel" nəşrinə bildirib.

Kuleba vurğulayıb ki, Rusiya rəhbərliyi, rəsmiləri və ictimai xadimləri uzun müddətdir ki, soyqırım üçün ideoloji baza yaradırlar.

Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri digər məsələlərlə yanaşı, Rusiya prezidenti Vladimir Putinin ötənilki “Ruslar və ukraynalıların tarixi birliyi haqqında” məqaləsinə diqqət çəkir, burada Kreml rəhbəri bir daha ukraynalılarla rusların “bir xalq” olduğunu bəyan edib. Müasir Ukrayna sovet dövrünün tam məhsuludur, Ukraynanın həqiqi suverenliyi isə yalnız Rusiya ilə tərəfdaşlıq şəraitində mümkündür".

Bundan əlavə, Kuleba qeyd edir ki, soyqırımın birbaşa ictimai təhrikləri Rusiya dövlət mediasının bir sıra məqalələrində, Rusiyanın yüksək rütbəli məmurlarının sosial şəbəkələrdəki yazılarında və ya onların televiziya bəyanatlarında da yer alır.

Nazir onu da vurğulayır ki, Rusiya işğaldan sonra Ukraynadan ən azı 1,9 milyon insanı, o cümlədən 307 mindən çoxu uşaqları zor tətbiq etməklə aparıb və hazırda Ukraynadan götürülmüş uşaqların övladlığa götürülməsini sürətləndirmək üçün qanunvericiliyə dəyişiklik edir. Kulebanın sözlərinə görə, bunun məqsədi ukraynalı uşaqların ukraynalı kimliyini itirməsinə nail olmaqdır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər