Rəcəb Tayyib Ərdoğan: "Məqsədimiz Türkiyədə Vladimir Putin və Volodimir Zelenski arasında görüş təşkil etməkdir"
"Məqsədimiz Türkiyədə prezident Putin və Zelenski arasında danışıqlar təşkil etməkdir".
lnterPress.ge xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra bildirib.
Türkiyə prezidenti çıxışı zamanı Rusiya-Ukrayna müharibəsi mövzusuna toxunub. Ərdoğanın qeyd etdiyinə görə, Türkiyə müharibənin dayandırılması və Ukraynada davamlı sülhün bərqərar olması üçün səylərini davam etdirir.
"Məqsədimiz uzunmüddətli sülhə nail olmaq üçün Türkiyədə prezident Putin və Zelenski arasında danışıqlar təşkil etməkdir", - deyə Türkiyə Prezidenti bildirib.
Türkiyə prezidenti taxıl dəhlizinin bütün dünya üçün əhəmiyyətini də vurğulayıb və qeyd edib ki, Qara dəniz limanlarından tədarükün bərpası sayəsində dünya əhalisinin demək olar ki, 30 faizi yenidən bu regiondan ərzaq məhsulları əldə edib.


