31 
Avq
2022
10:45
455

Rusiya Avropaya qaz nəqlini dayandırıb

Rusiya “Şimal axını 1” boru kəməri ilə Avropaya qaz nəqlini tamamilə dayandırıb.

lnterPress.ge xəbər verir ki, bu barədə məlumatı BBC yayıb.

Rusiyanın dövlət enerji şirkəti “Qazprom”dan məlumata görə, kəmərə qoyulan məhdudiyyətlər boru kəmərində aparılan təmir işləri ilə əlaqədardır və üç gün davam edəcək.

Təbii qaz Rusiyadan Almaniyaya Baltik dənizi vasitəsilə “Şimal axını 1” boru kəməri ilə verilir. O, 2011-ci ildə açılıb və Rusiyadan Almaniyaya gündə maksimum 170 milyon kubmetr qaz göndərə bilir.

İyul ayında kəmər 10 gün müddətinə bağlanıb, buna səbəb isə illik planlı təmir işləri adlandırılıb. Boru kəməri hazırda cəmi 20% gücündə işləyir və Rusiya tərəfinin iddiasına görə, bu, avadanlıqların nasazlığı ilə bağlıdır.

Qeyd edək ki, Avropa liderləri Rusiyanın təbii qazın qiymətini artırmaq üçün tədarükün kəsilməsini uzada biləcəyindən ehtiyat edirlər.

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər