03 
Sen
2022
18:54
682

Qazaxıstanın paytaxtının adı dəyişdirilə bilər

Qazaxıstan parlamentinin aşağı palatasının bir qrup deputatı ölkənin paytaxtı ilə bağlı məsələni- Nur-Sultanın əvvəlki adına qaytarılması və yenidən Astana adlandırılması məsələsini qaldırıb.

2019-cu ilin martında Qazaxıstan prezidenti Kassim-Comart Tokayevin fərmanı ilə Astana onun sələfi Nursultan Nazarbayevin şərəfinə Nur-Sultan adlandırılıb.

Deputatların bəyanatında deyilir: "Bir insanın sağlığında bir şəhərə adının verilməsini yanlış hesab edirik. Bundan başqa, xalq paytaxtın yeni adını qəbul etməyib. Onların fikrincə, keçmiş adın qaytarılması "tarixi ədalətli" qərar olardı.

Onların öz bəyanatına görə, 1998-ci ildə paytaxtın "Astana" adlandırılması Nursultan Nazarbayevin təklifi olub:

"Onun ölkənin əsas şəhərinin formalaşmasında və inkişafında xidmətləri nəzərə alınır", - qazax deputatları yazıblar.

Əvvəllər Astana (qaz. “Astana” paytaxt deməkdir), Akmola, Tselinoqrad, Akmolinsk kimi tanınan Nur-Sultan şəhəri 1997-ci ildə Qazaxıstanın paytaxtı olub.

Nazarbayev paytaxtı Astanaya Qazaxıstanın əhalisinin sayına görə ən böyük şəhəri olan Almatıdan köçürüb.

2022-ci ilin yanvarında Qazaxıstanda yanacağın qiymətinin aşağı salınması tələbi ilə kütləvi etiraz aksiyaları keçirildi.

Daha sonra aksiyaya siyasi şüarlar da əlavə edilib. Ən məşhurlarından biri "Şal, Kat!" ("Qoca, get!") - Nazarbayevin hökumətdən getməsini tələb ediblər.

Yanvar etirazlarından sonra Nazarbayevə yaxın olan bir neçə şəxs tutduqları vəzifədən uzaqlaşdırılıb, Nazarbayev özü isə Qazaxıstan Təhlükəsizlik Şurasının sədri və hakim partiya olan Nur-Otan partiyasının sədri postunu tərk edib. Hər iki vəzifəni prezident Tokayev tutub.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər