07 
Sen
2022
13:20
547

Vladimir Putin: "Ukraynada davam edən xüsusi əməliyyat nəticəsində Rusiya heç nə itirməyib və itirməyəcək"

"Ukraynada davam edən xüsusi əməliyyat orada bir neçə ildir baş verənlərə güzgü cavabıdır".

 lnterPress.ge xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin bildirib.

“Bizim bütün hərəkətlərimiz Donbasda yaşayan insanlara kömək etmək məqsədi daşıyır. Bu, bizim borcumuzdur və biz bunu sona qədər yerinə yetirəcəyik”, - deyə Putin qeyd edib.

Onun sözlərinə görə, Rusiya Ukraynada hərbi əməliyyatlara başlamayıb, ancaq 2014-cü ildən bəri davam edən döyüşlərə son qoymağa çalışır.

“Bir daha vurğulamaq istərdim: biz hərbi əməliyyatlar baxımından heç nəyə başlamamışıq, ancaq onlara son qoymağa çalışırıq. Hərbi əməliyyatlar 2014-cü ildə, Ukraynada dövlət çevrilişindən sonra başlayıb”, - deyə Rusiya lideri bildirib.

Onun sözlərinə görə, Ukraynada davam edən xüsusi əməliyyat nəticəsində Rusiya heç nə itirməyib və itirməyəcək.

"Hesab edirəm ki, biz heç nə itirməmişik və itirməyəcəyik", -deyə Putin qeyd edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər