Çində baş verən zəlzələdən ölənlərin sayı 82 nəfərə çatıb
Çinin cənub-qərbində yerləşən Sıçuan əyalətində baş verən zəlzələdən ölənlərin sayı 82 nəfərə çatıb. İndiyədək 35 nəfər itkin düşmüş hesab olunur. Təbii fəlakət nəticəsində xəsarət alanların sayı 270 nəfəri ötüb.
InterPress.ge xəbər verir ki, Sıçuan əyaləti, tektonik plitələrin qovuşduğu Tibet yaylasının kənarında yerləşir və sözügedən əyalətdə zəlzələlər tez-tez baş verir.
Bazar ertəsi baş verən 6,8 bal gücündə zəlzələnin episentri Sıçuan əyalətinin Ludinq şəhəri yaxınlığında olub. Zəlzələlər nəticəsində bir neçə yerdə sürüşmə baş verib. Ötən gün şəhərdə 2,9 bal gücündə təkrar təkrar təkanlar qeydə alınıb. Sinoptiklərin sözlərinə görə, Ludinq şəhərində təbii fəlakət təhlükəsinin ikinci ən yüksək səviyyəsi elan oluna bilər.


