Aİ Rusiya ilə sadələşdirilmiş viza rejimini tamamilə dayandırdı
Avropa İttifaqı Rusiya ilə sadələşdirilmiş viza rejimini tamamilə dayandırıb.
InterPress.ge xəbər verir ki, Avropa Şurası bu gün, sentyabrın 9-da bu barədə qərar qəbul edib.
Bundan əvvəl, avqustun 31-də üzv dövlətlərin xarici işlər nazirləri tərəfindən müvafiq siyasi razılıq əldə olunub. Rusiya vətəndaşları 12 sentyabr 2022-ci il tarixindən etibarən sadələşdirilmiş viza rejimindən istifadə edə bilməyəcəklər.
Avropa İttifaqı ilə Rusiya arasında viza rejiminin sadələşdirilməsinə dair saziş 2007-ci il iyunun 1-dən qüvvəyə minib.
Müqavilə dayandırıldıqdan sonra Rusiya vətəndaşlarına Viza Məcəlləsinin ümumi qaydaları tətbiq olunacaq - onlar viza almaq üçün əlavə sənədlər təqdim etməli, daha uzun prosedurdan keçməli və viza rüsumu kimi 35 avro əvəzinə 80 avro ödəməli olacaqlar.


