10 
Sen
2022
10:16
472

Pentaqon: "Ukraynanın Xersondakı əks-hücum əməliyyatı ümidverici əlamətlər verir"

"Ukraynanın Xersondakı əks-hücumları ümidverici əlamətlər göstərir, lakin çox güman ki, qarşıda uzun bir döyüş var".

InterPress.ge xəbər verir ki, “Sienen” teleşirkətinin verdiyi məlumata görə, bu barədə sentyabrın 9-da keçirilən brifinqdə ABŞ müdafiə nazirinin müavininin siyasət məsələləri üzrə köməkçisi Saşa Beyker bildirib.

“Sienen”in qeyd etdiyinə görə, Pentaqonun nümayəndəsi ilk dəfədir ki, Ukrayna qüvvələrinin əməliyyatını “əks-hücum” adlandırıb. Müdafiə katibi Lloyd Ostin və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Mill də daxil olmaqla, Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmiləri bu termindən indiyədək qaçıblar.

“Biz əks-hücumun gedişini çox diqqətlə izləyirik.  Düşünürəm ki, biz xüsusilə son bir və ya iki gündə bəzi ümidverici əlamətlər gördük.  Bununla belə, Rusiya şiddətli rəqibdir və düşünürəm ki, qarşıda uzun döyüş var”, - Saşa Baker bildirib.

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər