12 
Sen
2022
11:27
444

Ukrayna prezidenti 200 günlük müharibəni dəyərləndirib

Volodimir Zelenski əlində silah Ukraynanı qoruyan hər kəsə təşəkkür edib və Ukrayna ordusunu dünyanın bir nömrəli ordusu adlandırıb.

lnterPress.ge xəbər verir ki, Ukrayna prezidenti videomüraciətində müharibənin 200 gününü dəyərləndirib.

“200 günlük Ukrayna müqaviməti, demək olar ki, 5000 saat, 300 min dəqiqə, 20 milyon saniyə və bir çox səbəblər, bunu mümkün edən hər kəsə təşəkkür edirəm. Bu, Ukrayna müdafiəçilərinin sayəsindədir. 200 gün cəsarətlə dayanan hər kəs, məhz onların sayəsində Ukrayna ayaqdadır. Güclü və azad. Müdafiəçilərimiz düşməni cənubdan, şimaldan və şərqdən təqib edirlər. Bütün istiqamətlərdə yalnız irəli və qələbəyə doğru gedirlər.

Bu gün Ukraynanın şimalında, cənubunda və şərqində sizin hərəkətlərinizi hamı görür və qeyd edir. Dünya təəssürat altındadır. Düşmən təşviş içindədir. Ukrayna sizinlə fəxr edir, sizə inanır, sizin üçün dua edir və sizi gözləyir. Qələbəyə gedən yol çətin bir yoldur. Amma biz əminik: siz bunu edə bilərsiniz" - deyə Zelenski bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər