13 
Sen
2022
16:57
698

İran prezidenti: "Cənubi Qafqazda yeni müharibə qəbuledilməzdir"

İran prezidenti Ebrahim Raisin sözlərinə görə, Cənubi Qafqaz regionunda yeni müharibə qəbuledilməzdir.

InterPress.ge xəbər verir ki, bu barədə İran prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı zamanı Raisi “Qafqaz regionunda xüsusi vəziyyətlərin olduğunu və təəssüf ki, bu bölgəyə hələ də sülhün qayıtmadığını” vurğulayıb.

"Qafqaz regionunda təhlükəsizlik İran İslam Respublikası üçün çox vacibdir, yeni müharibə qəbuledilməzdir" deyən İran prezidenti üçtərəfli atəşkəs bəyanatını imzalayanların onun müddəalarına əməl etməli və regionda gərginlik yaratmamaq üçün hər hansı hərəkətdən çəkinməli olduqlarını bildirib. 

“Tehran regionun rifahı və sabitliyi üçün bütün sahələrdə əməkdaşlığı davam etdirməyə sadiqdir”, - Raisi bildirib.

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər