14 
Sen
2022
16:25
468

Zelenski azad edilmiş İziumda Ukrayna bayrağını qaldırdı

Ukrayna prezidenti Vladimir Zelenski Xarkov vilayətinin işğaldan azad edilmiş İzium şəhərinə səfər edib və bildirib ki, Ukrayna ordusu İzium kimi Ukraynanın işğal olunmuş bütün şəhər və kəndlərini azad edəcək.

InterPress.ge xəbər verir ki, Vladimir Zelenski Rusiya qoşunlarından azad edilən İziumda Ukrayna bayrağını qaldırıb.

Ukrayna mətbuatının verdiyi məlumata görə, İziumda prezidentdən başqa prezident administrasiyasının rəhbəri Andrey Ermak, müdafiə nazirinin müavini Anna Maliar və Ukrayna silahlı qüvvələrinin nümayəndələri də olub.

Mətbuatın yazdığına görə, İzium şəhəri bir neçə gün əvvəl Xarkov vilayətində həyata keçirilən əks-hücum nəticəsində ukraynalılar tərəfindən azad edilib.  Bundan əlavə, dünən Ukrayna Müdafiə Nazirliyində Xarkov vilayətində 300-ə yaxın yaşayış məntəqəsinin işğalçılardan azad edildiyi qeyd edilib.

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər