26 
Sen
2022
10:18
3187

Bu şəxslərə Rusiyadan çıxış qadağan edilir

Bundan sonra səfərbərliyə məruz qalan Rusiya vətəndaşları sərhədi keçmək üçün əlavə sənədlər təqdim etməli olacaqlar. 

InterPress.ge xəbər verir ki, bu mövzuda Rostov vilayətinin hərbi komissarı mediaya açıqlama verib.

Rusiya hökumətinin tezliklə öz vətəndaşlarından ibarət konkret kateqoriyadan olan şəxslərin ölkədən çıxışına qadağa qoyacağı ilə bağlı məlumatlar bir neçə gün əvvəl mətbuatda yer alıb. Müstəqil media sərhədlərin bağlanmasının təxmini tarixlərinin adını da çəkib - 26 və ya 30 sentyabr.

Rusiya internet nəşrləri ölkədən çıxış qadağası məsələsinin bu həftənin əvvəlində Rusiya prezidenti, hökumət və Duma nümayəndələri tərəfindən müzakirə ediləcəyini yazıb.

"Rusiya Federasiyasının hüdudlarından çıxış üçün hərbi qeydiyyat və çağırış idarəsindən müəyyən edilmiş formada arayış almaq lazımdır. Biz subyektin ərazi daxilində hərəkətini qadağan etmirik, ancaq Rusiya Federasiyasından kənara səyahət etmək üçün, sizə arayış almaq lazımdır”, - Rostov vilayətinin hərbi komissarı İqor Eqorov bildirib.

 

Bizimlə əlaqə saxlayın