Dmitri Peskov: "Yeni ərazilərin Rusiyaya daxil edilməsi ilə bağlı sazişlər sentyabrın 30-da imzalanacaq"
"Cümə günü Kremldə yeni ərazilərin Rusiyaya birləşdirilməsi ilə bağlı sazişlərin imzalanması mərasimi keçiriləcək və orada ölkə prezidenti Vladimir Putin iştirak edəcək".
InterPress.ge xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.
“Sabah Kremlin Böyük Sarayında yeni ərazilərin Rusiya Federasiyasına daxil olmasına dair sazişlərin imzalanması baş tutacaq. Prezident Putin bu tədbirdə çıxış edəcək”, - Peskov bildirib.
Xatırladaq ki, Ukraynanın dörd vilayətinin işğal olunmuş ərazilərində qondarma “referendumlar” keçirilib. Separatçı rejimlərə görə, qeyd edilən bölgələrin əhalisi Rusiyaya birləşməyi dəstəkləyib, Ukrayna və Qərb isə qondarma “referendum”un nəticələrini tanımır və bunu Rusiyanın Ukrayna ərazisini ilhaq etmək üçün atdığı addım hesab edir.


