Peter Stano: "Aİ Aleksandr Lukaşenkonun Abxaziyaya səfərini kəskin şəkildə pisləyir"
Avropa İttifaqı Aleksandr Lukaşenkonun Abxaziyaya səfərini kəskin şəkildə pisləyir.
InterPress.ge xəbər verir ki, bu barədə
Avropa Komissiyasının Xarici Fəaliyyət Xidmətinin mətbuat spikeri Peter Stano bildirib.
Stano bildirib ki, səfər beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır.
"Avropa İttifaqı Aleksandr Lukaşenkonun Abxaziyaya səfərini qətiyyətlə pisləyir. Bu şəxsin, Lukaşenkonun dövlət başçısı kimi fəaliyyət göstərməyə heç bir legitimliyi olmadığından əlavə, bu səfər Abxaziya regionu üzərində yeganə legitim səlahiyyətə malik olan Gürcüstan hökumətinin razılığı olmadan həyata keçirilib.
Deməli, bu səfər Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü pozur və beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır.
Avropa İttifaqı Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə güclü və qəti dəstəyini bir daha təsdiqləyir", – Stano Aİ-nin Gürcüstandakı nümayəndəliyinin yaydığı bəyanatda bildirib.


