Co Bayden: "ABŞ Rusiyanın Ukraynanın suveren ərazisinə iddialarını heç vaxt, heç vaxt və heç vaxt tanımayacaq"
ABŞ prezidenti Co Bayden söz verib ki, Birləşmiş Ştatlar Rusiyanın Ukraynanın suveren ərazilərinə iddialarını heç vaxt tanımayacaq.
InterPress.ge xəbər verir ki, o, Rusiyayönlü qüvvələrin Ukraynanın işğal olunmuş ərazilərində keçirdiyi “referendum”u pisləyib və bunun “mütləq saxtakarlıq” olduğunu, nəticələrinin “Moskvada hazırlandığını” qeyd edib.
“Mən bu məsələdə çox aydın olmaq istəyirəm – Birləşmiş Ştatlar Rusiyanın Ukraynanın suveren ərazisinə iddialarını heç vaxt, heç vaxt, heç vaxt tanımayacaq”, - deyə Bayden bildirib.
Bayden Rusiyanın Ukraynaya hücumunun BMT Nizamnaməsinin, suverenlik və ərazi bütövlüyünün əsas prinsiplərinin kobud şəkildə pozulması olduğunu vurğulayıb.
“Rusiyanın öz imperiya ambisiyalarını həyata keçirmək üçün Ukraynaya hücumu BMT Nizamnaməsinin və suverenlik və ərazi bütövlüyünün əsas prinsiplərinin kobud şəkildə pozulmasıdır”, - Bayden deyib.
Qeyd edək ki, ABŞ müttəfiqləri ilə birlikdə Ukraynanın yeni ərazilərinin ilhaqından sonra Rusiyaya qarşı tətbiq olunacaq sanksiyalar üzərində işləyir.


