Putin Zaporojye və Xerson vilayətlərinin “müstəqilliyini tanıdı”
Rusiya prezidenti Vladimir Putin Xerson və Zaporojye vilayətlərinin "müstəqilliyinin və suverenliyinin tanınması" haqqında sənədi imzalayıb.
InterPress.ge xəbər verir ki, bu barədə Meduza yazıb.
Hər iki sənəd sentyabrın 29-da, gecə saatlarında müvafiq portala yüklənib və dərc olunduqdan dərhal sonra qüvvəyə minib.
“Meduza”nın yazdığına görə, sentyabrın 23-27-də "referendum" keçirilib, onun "nəticələrinə" görə, Zaporojye vilayətində 93%, Xersonda isə 87% seçici bölgələrin Rusiyaya birləşdirilməsini dəstəkləyib.
Eyni məsələ ilə bağlı psevdoreferendumlar Luqansk və Donetsk-ın de-fakto respublikalarında da keçirilib.
“Meduza”nın yazdığına görə, sentyabrın 30-da axşam Kremldə mərasim planlaşdırılır və bu mərasimdə Vladimir Putin işğal olunmuş ərazilərin Rusiyaya birləşdirilməsi haqqında sərəncam imzalayacaq.


