01 
Okt
2022
00:41
406

Yens Stoltenberq: "NATO Ukraynanın öz yolunu və təhlükəsizlik strukturlarını seçmək hüququnu dəstəkləyir"

NATO-nun baş katibi Yens Stoltenberqin sözlərinə görə, NATO Ukraynanın öz yolunu və təhlükəsizlik strukturlarını seçmək hüququnu dəstəkləyir.

InterPress.ge xəbər verir ki, Stoltenberq bu barədə mətbuat konfransında Ukraynanın NATO-ya müraciəti ilə bağlı sualı cavablandırarkən bildirib.

“Avropadakı bütün demokratiyaların müraciət etmək hüququ var, NATO-nun qapısı açıqdır. Biz Ukraynanın öz yolunu və təhlükəsizlik strukturlarını seçmək hüququnu dəstəkləyirik. Hazırda əsas diqqətimiz Ukraynaya sürətli yardım göstərməkdir”, - Yens Stoltenberq bildirib.

Məlumat üçün bildirək ki, Ukrayna NATO-ya üzv olmaq üçün müraciət edir. Bu barədə Ukrayna prezidenti Vladimir Zelenski bildirib.

Zelenskinin qeyd etdiyinə görə, Ukrayna Şimali Atlantika Alyansına sürətlə daxil olmaq üçün ərizə imzalayıb.

Bizimlə əlaqə saxlayın