Moldovanın xarici işlər naziri: "Rus raketləri Moldovanın hava məkanını keçdi"
"Rus raketləri Moldovanın hava məkanını keçdi".
InterPress.ge xəbər verir ki, bu barədə Moldovanın xarici işlər naziri Niku Popesku bəyan edib.
Onun sözlərinə görə, Rusiya raketləri Moldovanın hava məkanını keçib.
Rusiya səfiri izahat almaq üçün Moldova Xarici İşlər Nazirliyinə çağırılıb.
“Bu səhər Qara dənizdə Rusiya gəmilərindən Ukrayna istiqamətində atılan üç idarə olunan raket Moldovanın hava məkanını keçib. Rusiya səfirini çağıraraq izahat almalarını tapşırdım”, - Niku Popesku Twitter-də yazıb.
Bu gün, oktyabrın 10-da yerli vaxtla səhər saat 8-də Kiyevin mərkəzində raket hücumu nəticəsində bir neçə partlayış baş verib. Ukrayna mətbuatının məlumatına görə, Kiyevə raket hücumu nəticəsində 8 nəfər ölüb, 24 nəfər yaralanıb.
Partlayışlar Ukraynanın digər şəhərlərində, o cümlədən Lvov, Xarkov, Dnepr və Zaporojyedə baş verib. Kiyevin meri Vitali Kliçkonun sözlərinə görə, Kiyevin mərkəzində, Şevçenkove rayonunda yaşayış massivinə raket zərbəsi endirilib. Xilasedicilər hələ də hadisə yerində işləyirlər.


