10 
Okt
2022
14:59
376

"Ukrayna hakimiyyəti terror aktları təşkil etməyə davam edərsə, Rusiya sərt cavab verəcək" - Putin

"Ukrayna hakimiyyəti terror aktları təşkil etməyə davam edərsə, Rusiya sərt cavab verəcək".

InterPress.ge xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin bu barədə Təhlükəsizlik Şurasının iclasında bəyan edib.

O vurğulayıb ki, Krım körpüsündə baş verən partlayışın arxasında Kiyev hakimiyyəti dayanır.

“8 oktyabr partlayışı terror aktıdır. Rusiyanın mülki əhəmiyyətli infrastrukturunu məhv etmək məqsədi daşıyan terror aktı. Terror aktının sifarişçiləri, təşkilatçıları və iştirakçılarının Ukrayna xüsusi xidmət orqanları olduğu da göz qabağındadır”, - Putin bildirib.

Onun sözlərinə görə, Rusiya qüvvələri Ukraynada enerji, hərbi və rabitə obyektlərinə zərbələr endirib.

"Əgər Ukraynanın ərazimizdə terror aktları törətmək cəhdləri davam edərsə, Rusiyanın cavabı sərt olacaq və onun miqyası təhlükə səviyyəsinə uyğun olacaq. Buna heç kim şübhə etməməlidir", - Putin bildirib.
 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər