Foreign Policy: Kiyev Qərbə yeni təhlükəsizlik sazişi təklif edir
Ukrayna hakimiyyəti NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussenlə birləşərək Qərblə Ukrayna arasında təhlükəsizlik paktı təklif edib.
InterPress.ge xəbər verir ki, bu barədə “Foreign Policy” nəşri yazıb.
Bu sənəd qismən ABŞ və İsrail arasındakı münasibətlərə əsaslanır.
Kiyev Təhlükəsizlik Müqaviləsi Ukraynanın birgə təlimlər, qabaqcıl müdafiə silahları ilə təmin edilməsi və ölkənin müdafiə-sənaye kompleksinin inkişafına dəstək vasitəsilə Rusiyanın təcavüzünə qarşı mübarizə qabiliyyətini gücləndirmək üçün Qərb ölkələrinin koalisiyasından Ukraynaya hüquqi cəhətdən məcburi təhlükəsizlik təminatlarını nəzərdə tutur.
Ukrayna prezidenti Vladimir Zelenski NATO-ya üzv olmaq üçün müraciətini sürətləndirəcəyinə söz verib, lakin Qərb rəsmiləri və ekspertləri ərizənin qısa müddətdə dəstək qazanacağına şübhə edirlər.
“Foreign Policy” yazıb ki, Rasmussen razılaşmanı Qərbin Ukraynanın Rusiya tərəfindən işğalından sonra Ukraynaya göstərdiyi dəstəyin formal gücləndirilməsi adlandırıb. NATO-nun keçmiş baş katibi bu plan üzərində Prezident Aparatının rəhbəri Adrey Yermakla birlikdə çalışıb. Nəşrin qeyd etdiyinə görə, Rasmussen hazırda planı NATO-ya üzv dövlətlərə təqdim edir.


