11 
Okt
2022
11:47
238

Zelenski: "Ukrayna terrorçuların hücumuna tab gətirəcək"

"Ukrayna terrorçuların hücumuna tab gətirəcək".

InterPress.ge xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib.

"Ölkəmizin hər bir şəhərində mülki, mədəni-maarif obyektləri terrorçuların raketlərinin hədəfindədir. Kim belə obyektləri, belə torpaqları vurmaqdan xoşbəxt ola bilər? Yalnız terrorçular!

Ukrayna tarixi, ənənəsi, mədəniyyəti olmayan terrorçuların bu hücumuna mütləq tab gətirəcək”, - deyə Ukrayna prezidenti bildirib.

Dünən səhər saatlarında Ukrayna rəsmiləri Kiyev, Jitomir, Xmelnitsk, Dnepr, Vinatsa və Ternopolda partlayış səslərinin eşidildiyini bildiriblər.

Hava hücumu xəbərdarlığı elan edildikdən sonra paytaxtda bir neçə partlayış baş verib. Kiyevin mərkəzində rusların hücumu nəticəsində ilkin məlumata görə, 8 nəfər ölüb, 24 nəfər yaralanıb.

Rusiya Ukrayna istiqamətində 83 raket atıb. Onlardan 41-i Ukraynanın Hava Hücumundan Müdafiə Sistemi (AD) tərəfindən zərərsizləşdirilib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı, general Valeri Zalujnı bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər