11 
Okt
2022
12:18
235

Rusiya xarici işlər nazirinin müavini: "ABŞ və Avropanın Ukrayna münaqişəsində iştirakı ilə əlaqədar Rusiya cavab tədbirləri görməli olacaq"

"ABŞ və Avropanın Ukrayna münaqişəsində iştirakı ilə əlaqədar Rusiya cavab tədbirləri görməli olacaq".

InterPress.ge xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov ABŞ-a xəbərdarlıq edib.

Ryabkovun qeyd etdiyinə görə, Qərbdən Kiyevə hərbi yardım, alyansa üzv dövlətlərin ərazisində ukraynalı əsgərlərin təlimi, Ukraynaya kəşfiyyat məlumatlarının verilməsi, real vaxt rejimində peyk görüntülərinin verilməsi, artilleriya zərbələri üçün hədəflərin müəyyən edilməsi və əməliyyatların planlaşdırılması Qərb dövlətlərini getdikcə daha çox münaqişəyə cəlb edir.

“Aydındır ki, ABŞ və NATO ilə birbaşa qarşıdurma Rusiyanın maraqlarına uyğun deyil. Biz xəbərdarlıq edirik və ümid edirik ki, onlar Vaşinqtonda nəzarətsiz eskalasiya təhlükəsini dərk edirlər”, - Sergey Ryabkov bildirib.

Rusiyanın ABŞ-dakı səfiri ABŞ-ı Ukraynadakı münaqişədə iştirakda ittiham edib. Anatoli Antonovun sözlərinə görə, Vaşinqtonun Ukraynanı müasir silahlarla təmin etməkdə davam etməsi də buna işarə edir.

“ABŞ rəhbərliyinin  Zelenskiyə dəstəyini davam etdirmək niyyətində olduğu bəyanatı Moskva tərəfindən Vaşinqtonun münaqişənin iştirakçısı statusuna malik olması faktının təsdiqi kimi qəbul edilir”, - Anatonov bildirib.

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər