11 
Okt
2022
14:24
343

ABŞ Ukraynaya hava hücumundan müdafiə sistemləri verəcək

ABŞ prezidenti Co Bayden ilə ukraynalı həmkarı Vladimir Zelenski arasında telefon danışığı olub və Bayden Vaşinqtonun Kiyevi hava hücumundan müdafiə sistemləri ilə təmin edəcəyini açıqlayıb.

InterPress.ge xəbər verir ki, ABŞ prezidenti Rusiya tərəfindənUkrayna şəhərlərinin bombalanmasını pisləyib və həlak olanların ailələrinə başsağlığı verib.

Baydenin sözlərinə görə, o, Rusiyanı törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb etmək üçün tərəfdaşları ilə işləməyə davam edəcək.

Oktyabrın 10-da Rusiya Ukrayna şəhərlərinin yaşayış məntəqələrini bombalayıb, azı 10 nəfər həlak olub.

Vladimir Putinin sözlərinə görə, bu, Krım körpüsünü bombalamasına görə Ukraynaya cavab idi.

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər